Bloq sahibi!

Mən Zeynal

Bloqun Sahibi

Nəsə axtarırsınız??

"zeynl7" bloqunu izləməyə davam edin!

Yeni xəbərlərdən İLK Sən xəbərdar ol!

WP: +994 55 646 58 25

zeynl7 Rəsmi Bloq səhifəsinə xoş gəlmisiniz...

Wednesday, March 21, 2018

Tarixi hadisələr və kəşflər



”Vaksin” sözünün yaranması.XIV-XVIII əsrlərdə taun,çiçək və vəba epidemiyaları insanların kütlevi tələfatına səbəb olurdu.Təkcə XIV əsrde taun epidemiyasından 25 milyon adam ölmüşdür.Bokkaçonun Dekameron adlı əsərində taun epidemiyasının törədiyi fəlakət ətrafında təsvir olunur.Bəzi dövlətlərdə taun,çiçək, və vəba xəstəliyinin adı vahiməli olduğu üçün adlarını çəkənlər də cərimə edilirdi.XVII əsrdə yaşamış ingilis alimi E.Cenner bir qadından insanın çiçek xəstəliyi ilə yoluxduğunu eşitmişdir.Sonra alim öyrəndi ki,qadının Vokna adlı inəyi çiçək xəstəliyinə yoluxmuş,qadın isə həmin inəyin xəstəliyini keçirmişdi.Cenner şahidlərinin iştirakı ilə 18 yaşlı oğlanı əvvəlcə inək çiçəyi,15 gündən sonra isə əsl insan çiçəyi ilə yoluxdurur.Uşaq insan çiçəyi ilə xəstələnmir.Bu böyük qələbə idi.Dünyanın bütün ölkələrində Cennerə çoxlu məktublar gəlir və Cennerdən kömək istəyirdilər.Beləliklə yolxucu xəstəliklərə qarşı peyvəndlərin vaksinlərin hazırlanmasının başlanğıcı qoyulmuş və VAKSİN sözü də həmin inəyin adından götürülmüşdür.
Dünyada ən böyük atlasDünyada ən böyük atlas Berlin dövlət kitabxanasında saxlanılır.Atlasın hündürlüyü 1m 70sm eni 2m 20sm,yaşı 200 ile yaxındır.Bu kitabxanada 8min atlas saxlanılır.Bundan başqa 7min nüsxə müxtəlif kartoqrafik ədəbiyyatlar saxlanılır.Bu kolleksiyanı 1661-ci ildən yığmağa başlamışlar.
Dənizsuyunu süzüb içmək olarmı?Bəli olar.Bele bir parçanı C.M.Kirov adına Leninqrad toxuculuq inistutunun əməkdaşları yaratmışlar.Onlar suda həll edilmiş müxtəlif maddələri cuzi mıqdarını tuta bilən gözəl bir materia hazırlamışlar.Bu lifdən toxunmuş parçaların köməyi ilə təmizləmək və çox zəif məhlullardan qiymətli maddələr almaq olar.Həmin inistutda başqa bir sehirli parçada yaradılmışdır.Mikrobları məhv etmek xassəsi olan bu parçadan yeyinti sənayesi işçiləri və uşaq müəssələrinin işçiləri üçün paltar tikmək olar.Bu parçadan içməli suyu təmizləmək üçündə istifadə edilir.
Mirvari200-250 ildən sonra toza çevrilir. 450 karat (90 qr) ağırlığında olan ən böyük mirvari Londonda Kral muzeyində saxlanılır;
KitabƏn böyük kitab 17-ci əsrdə nəşr olunmuş və Berlin dövlət kitabxanasında saxlanılan, coğrafiya atlası sayılır. Bu böyük cildin hündürlüyü 2 m eni 1 m.dir. Dünyada ən bahalı kitab isə, Amerika uzeylərinin birindən 200 min dollara alınan TÖVRATDIR
Zəffol yağıElə bir adam tapılmaz ki, yağda qızardılmış kartofu sevməsin. Lakin kartofu qızartmaq üçün işlədilən yağ qara ciyər və mədə xəstəlikləri olan adamlara pis təsir edir.Elə buna görə də Hollandiya mütəxəssisləri kartofu yağsız qızartmaq üçün vasitə tapmışlar.Soyanın tərkibindəki bəzi maddələrdən hazırlnmış süni yağ “zəffol” adlanır. Zəffol yağı ilə kartofdan başqa ət və tərəvəz də qızartmaq olur.
PenisillinBir dəfə ingilis alimi Aleksandr Fleminq termostatdan stafilokokk əkilmiş fincanı çıxartdıqda görmüşdü ki,əkdiyi mikroblar ərimiş ,yetişməmişdir.Əksinə fincanı kif basmışdı (göbələklər yetişmişdi).Fleminq bunu öyrənərək müəyyən etmişdi ki, bu penisillin növünə aid göbələkdir. Bu cür göbələklər mikroblara təsir edən maddə ifraz edir ki,bu da penisillin adlanır.
ƏlifbaƏn qədim əlifba Suriyanın Aralıq dənizi sahilindəki Lattakiya limanı yaxınlığında aparılmış qazıntı zamanı tapılmışdı.Həmin əlifba 32 hərifdən ibarətdir.
Elektron hesablayıcı maşınA.B. Vişnevski adına Cərrahiyyə İnstitutunda elektron hesablayıcı maşın 200 xəstədə anadangəlmə ürək çatışmamazlığı olduğunu müəyyən etmişdir. Bu faktın 90% -i düz çıxmışdır.Bəzi hallarda maşının irəli sürdüyü fikirlə həkimlərin fikri bir-birindən fərqlənmiş,lakin cərrəhiyyə zamanı maşının verdiyi diaqnozun düz olduğu təsdiq edilmişdir.
Tunelİlk yeraltı tunel 1 km uzunluğunda olmuş və 4 min il bundan əvvəl İraqda Fərat çayının altından salınmışdır.

Novruz bayramınız mübarək!

Novruz bayramınız mübarək!

Dostlar! Hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Qoy bu yaz öz gəlişiylə hamınızın həyatına yalnız və yalnız gözəl günlər gətirsin!

Friday, March 9, 2018

İlon Mask yeraltı tunellər üçün elektrobusu göstərdi – VİDEO


“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask digər şirkəti “The Boring Company” tərəfindən inşa ediləcək yeraltı tunellər üçün elektrobusun konsepsiyasını göstərib.
Oxu.Az-ın xəbərinə görə, İlon Mask videonu öz “Twitter” səhifəsində paylaşıb.
“Hesab edirəm ki, bunu tunel və liftlərin arasında avtomatik dayanan, sürəti saatda 150 mil (241 km/saat) olan yeraltı elektrik avtobusu adlandırmaq olar. Bəli, bu, avtobusdur” - Mask twitlərə cavabda yazıb.
Biznesmen bəyan edib ki, “The Boring Company” şirkəti üçün prioritet avtomobillər yox, piyadalar və velosipedçilər olacaq. Mask izah edib ki, onun şirkəti şəhər ərazində çoxlu sayda kiçik stansiyalar inşa etmək niyyətindədir.

Wednesday, February 7, 2018

Azərbaycanda “GetContact” proqramına giriş bloklanıb

“GetContact”a giriş bloklandı
Azərbaycanda “GetContact” proqramına giriş bloklanıb.

AzVision.az-ın məlumatına görə, sosial şəbəkə istifadəçiləri bildirirlər ki, bu gündən “GetContact”-a giriş məhdudlaşdırılıb, proqramdan istifadə etmək mümkün deyil.
Qeyd edək ki, “GetContact” proqramı vasitəsilə istənilən nömrənin mobil telefonlarda hansı adla qeydə alınmasını görmək mümkün idi. Nəticədə bəzən xoşagəlməz adlar ortaya çıxırdı. Bu isə insanların psixoloji narahatlığına səbəb olurdu. Buna görə proqramın qadağan edilməsi təklif olunurdu.

Həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də “GetContact” istifadəçilərinə xəbərdarlıq etmişdi:

““GetContact” adlanan mobil tətbiqetmə telefona yükləndikdən sonra “Telefon nömrəsi” və “Facebook” hesabı ilə proqramda qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan sonra “GetContact” istifadəçinin kontaktlarına və mesajlarına daxil olmaq üçün icazə istəyir. Giriş icazəsinin verilməsi istifadəçinin kontaktında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir. Bu da gələcəkdə mobil nömrəyə spam mesajların, arzuolunmaz zərərli kontentin daxil olmasına, şəxsi məlumatlarınızın bədəməllərin əlinə keçməsinə gətirib çıxara bilər. İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, onu telefonuna yükləyən şəxslərin kontaktında olan bütün nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır”.

Zamanda səyahət yolları – ELMİ BAXIŞ

Zamanda səyahət yolları – ELMİ BAXIŞ

Qravitasiya çox olan yerdə zaman ləngiyir, qravitasiya az olan yerdə isə əksinə. Eynşteyn öz nəzəriyyələrində bunu həll etdikdən sonra başqa sualı ortaya atmışdı. Məkan bütünlüklə burda və indi mövcud ola bilir. Buna nəzərən biz deyə bilərikmi ki, zaman da həmçinin burda və indi mövcud ola bilir? Bu sual hələ də cavabsız qalıb. Səbəb isə zamanın “materiyasının” nə olduğuna, ümumiyyətlə zamanın nə olduğuna hələ fiziklərin cavab tapa bilməməsidir.
Asif Eminov

Bu yazımda Eynşteynin zamanla bağlı bu fikrinin nə qədər doğru olduğunu izah etməyə çalışacam. Yəni zaman da burda və indi mövcud ola bilməsini. Bu isə öz növbəsində keçmiş, indiki, gələcək zamanın eyni anda mövcud olduğunu izah edir, zamanla səyahət anlayışını köklü olaraq dəyişir.
Yazını yazmaqda məqsədim zaman-məkan, keçmişə-gələcəyə səyahətin mümkün olduğunu göstərmək yox (hipotez olaraq mümkündür), zamanla səyahət zamanı müasir alimlərin ortaya atdığı paradoksların həll edilməsi (bu həll paradoksların olmadığını isbat etməkdən ibarətdir), bu paradoksları ortaya atan alimlərin zaman-məkan anlayışına baxışının birmənali olması, elə bu üzdən zaman haqqında danışan alimlərin əksəriyyətinin zaman anlayışına eyni prizmadan baxmasından yaranan problem olduğunu izah etməkdir. Keçmişə və yaxud gələcəyə səyahət edərkən heç bir paradoksun yaşanmadığını, beləliklə, yaranan paradoksların həlli üçün ortaya atılan paralel dünyalara ehtiyac olmadığını, səbəb-nəticə əlaqəsinin pozulmadığını göstərməkdir.
Amma bu dediklərimi izah etməmişdən əvvəl gəlin, sizləri zaman-məkan anlayışına, keçmişə-gələcəyə sayahətin hansı yollarla baş verməsinə, alimlərin rastlaşdığı problemlərlə, ortaya atdığı paradokslarla qısaca tanış edim. Ki, sonra demək istədiklərimi izah edərkən oxucuda çaşqınlıq yaratmasın.
Kinolarda keçmişə səyahət edən səyyahın saatı əksinə gedir, valideynlərinin cavanlığını görür və yaxud dinozavrlar dövrünə düşür. Bu gün dünyaca məhşur alimlərin iştirak etdiyi elmi sənədli filmlərdə də eyni düşüncə tərzini təbliğ edir, bu zaman ortaya çıxan paradoksların həllini bu sənədli filmlərdə, yazdıqları kitablarda, oxuduqları mühazirələrdə eyni cür həll etməyə çalışırlar.

Alimlərin ortaya atdığı və tez-tez rastlaşdığımız zamanla səyahət üçün istifadə olunan hipotezlər aşağıdakılardır.

Zaman-məkan anlayışı

Nisbilik nəzəriyyəsinə görə, kainat 3 məkan ölçüsündən və bir zaman ölçüsündən təşkil olunub və bu ölçülər bir-biri ilə sıx əlaqədədir. Ümumi nisbilik nəzəriyyəsində məkan-zaman ölçüsü vahid təbiətə malikdir. Və fəzada olan obyektlər bir-biri ilə qravitasiya qüvvəsi ilə bağlı olur. Nisbilik nəzəriyyəsində zaman bir ölçü olaraq məkan ölçülərindən ayrılmır və müşahidəçinin sürətindən asılı olaraq dəyişə bilir.
Kainatı təsvir etmək üçün lazım olan ölçülər tam müəyyən olunmayıb və kainatı izah edən müxtəlif nəzəriyyələrdə bu ölçülər də müxtəlif ola bilər. Məsələn, “Simlər (string) Nəzəriyyəsi”ndə zamanla birlikdə 10 ölçünün varlığı hesab edilir. M-nəzəriyyədə 11 ölçü qəbul olunur. Alimlərin dediklərinə görə, 6-7 ölçü Plank uzunluğuna qədər ultrakiçik məsafədə (~1,6×10^-35 metr) kompaktlaşıblar (compactification). Buna görə də onları müşahidə edə bilmirik. Hətta Simlər Nəzəriyyəsinin bozon variantında 26 ölçü olduğu hesablanır. Bu hesablamalara görə, ilk olaraq bu əlavə ölçülər 10 adi ölçüyə kimi, o da öz növbəsində 4 ölçüyə kimi kompaktlaşa bilirlər.

Bunlardan aydın oldu ki, zamansız məkanı təsəvvür etmək olmur. Və qeyd olunduğu kimi, zaman məkanı dərk etmək üçün ayrılmaz bir hissədir.

Bu gün müasir fizika, əsasən də kvant fizikası zamanla səyahəti real sayır, keçmişə-gələcəyə getməyin mümkün olduğunu qəbul edir.

Zamanla səyahət dedikdə, hipotez olaraq insanın (hər hansı bir obyektin) indiki zamandan keçmişə və yaxud gələcəyə hərəkət etməsi (getməsi) nəzərdə tutulur.

Zamanla səyahəti 2 yerə bölmək olar.

1. Gələcəyə səyahət.
2. Keçmişə səyahət.

Fizikada gələcəyə səyahət elə də böyük problem sayılmır. Amma keçmişə səyahət bir az qəliz məsələdir. Yəni eksperimental olaraq reallaşdırmaq sual altındadır. Lakin nisbilik nəzəriyyəsinə əsasən, hər iki hal qəbul olunan, mümkün sayılır.

Gələcəyə səyahət etməyin 2 əsas yolu

Birincisi işıq sürəti ilə və yaxud ona daha yaxın sürətlə hərəkət etməkdir. Hərəkətdə olan obyekt üçün zaman ləngimiş (zamanın relyativistik ləngiməsi) sayılır. Ümumiyyətlə, obyektin məkan-zamanda sürəti nə qədər çox olarsa, həmin obyekt üçün zaman bir o qədər çox ləngimiş olacaq. Sözsüz ki, limit işıq sürəti qəbul olunur.

Məsələn: Əgər mən işıq sürəti ilə bizə ən yaxın olan ulduza səyahət edib gəlincə mənim üçün 2 il keçərsə, Yerdəki müşahidəçi üçün bəlkə də 1000 il keçmiş olacaq. Beləcə, mən 2 ildən sonra Yerə qayıdan zaman Yer kürəsinin 1000 il sonrakı gələcəyinə düşmüş oluram. Daha aydın başa düşmək üçün: əgər mən 24 yaşında işıq sürəti ilə hərəkət edib, 26 yaşında Yerə dönürəmsə, Yerdə artıq 2012-ci il yox, 3012-ci il olacaq. Beləliklə, mən gələcəyə getmiş sayılıram. (yuxarıdakı rəqəmlər nisbi götürülüb, dəqiq hesablamalar deyil) 
Eyni eksperiment əkizlər paradoksunda izah olunur.

İkincisi isə qara dəlik yaxınlığında və yaxud kütləsi çox olan obyektin içində (ətrafında) zamanın ləngiməsidir. Hansı ki, bu kimi şəraitdə qravitasiya qüvvəsi çox olur və qravitasiya qüvvəsi çox olan yerdə zaman ləngiməyə başlayır.

Zaman maşını ilə səyahət edərkən ətrafında dövr edəcəyimiz obyektin sıxlığı, kütləsi, enerjisi nə qədər çox olarsa, qravitasiya qüvvəsi də bir o qədər çox olacaq və beləcə həmin zaman maşını qəbul olunan obyekt üçün zaman ləngimiş olacaq. İzah üçün sadə bir misal çəkim… Əgər mən kosmik gəmiyə minib, qravitasiyası Yer kürəsindən 1000 dəfə çox olan obyektin yanında 1 saat vaxt keçirirəmsə, bu zaman Yerdəki müşahidəçi üçün 1000 saat vaxt keçmiş olacaq. Yəni Yerdəki müşahidəçi mənim Yerdən 1000 dəfə ağır obyektin yanında 1000 saat vaxt keçirdiyimi hesablayacaq. Lakin mənim üçün bu 1000 saat bir saata kimi ləngimiş olacaq. Gördüyünüz kimi mən bu bir saat ərzində Yerdəki müşahidəçidən 999 saat cavan qalmış oluram. Bələliklə mən Yerə qayıdınca 999 saat gələcəyə düşmüş oluram.

Başqa eksperimental sübutlardan biri kimi GPS sistemini misal çəkmək olar. Hər gün peykdəki saatlarda 38 millisaniyə Yerin səthindəki vaxtla korreksiya olunur. Əgər bu peyklərdə zamanın Yerdəki zamanı qabağlamasını bərabərləşdirməsək, onda GPS bizə lazım olan koordinatların yerini düzgün göstərməyəcək. Və hər gün toplanan bu mikrosaniyələrə görə sonrakı məsafələrdə daha çox xəta baş vermiş olacaq.

Xüsusi və ümumi nisbilik nəzəriyyəsində sürətin və qravitasiyanın zamanı ləngitməsi bir çox eksperimentlərlə təsdiq olunub. Eynşteynin nisbilik nəzəriyyəsi bizə hipotez olaraq keçmişə də səyahət etməyə imkan yaradır. 

Keçmişə səyahət etməyin də bir neçə yolları var. İşıqdan sürətli hərəkət, “köstəbək dəlikləri” və yaxud “soxulcan dəlikləri” (wormhole), kosmik “simlər”, qara dəliklərdən istifadə və s. Xüsusi nisbilik nəzəriyyəsinə görə, əgər informasiya və yaxud materiya işıq sürətindən yüksək sürətlə bir nöqtədən digər nöqtəyə hərəkət edərsə, ətalət hesablama sistemi (intertial frame of reference) sayəsində informasiya və yaxud obyekt keçmişə səyahət etmiş olacaq. Onu da qeyd edək ki, nisbilik nəzəriyyəsi işıqdan sürətli zərrəciklərin mövcud olmasına icazə verir. Məsələn, taxionlar kimi.

“Köstəbək dəlikləri”ndən keçmişə doğru

Enşteyn tənlikləri zaman-məkanda köstəbək dəliklərinin mövcudluğuna icazə verir. Amma köstəbək dəliklərindən istifadə etməklə keçmişə səyahət etmək üçün mütləq olaraq iki dəlik arasında əlaqə olmalıdır. Köstəbək dəliklərində yaranan əsas problem ondadır ki, keçmiş bir keçmiş olaraq zaman maşını yaranan gündən qəbul olunur. Başqa sözlə desək, “köstəbək dəliyi” üçün məkan-zamanda iki nöqtəni birləşdirən tunel yaratmaq lazım gəlir. Və yaradılacaq “köstəbək dəliyi” üçün giriş sayılacaq A nöqtəsi B nöqtəsinə görə keçmiş sayılacaq və “köstəbək dəliyi” ilə səyahət maximum A nöqtəsi yaradılan günə qədər mümkün olacaq. Həmçinin keçmişə səyahət edən zaman maşının özü olmayacaq. Bu, Stiven Hokinqin “gələcəkdən turistin gəlməməsinə” alternativ izah kimi qeyd edilir. Yəni Stiven Hokinq (Stephen Hawking) gələcəkdən hər hansı turistin keçmişə qayıda bilməməsini zaman maşının hələ hazır olmaması ilə izah edir. Qarşıdakı izahlarım Stiven Hokinqin bu fikrini səhv çıxarmış olur. Bu isə o deməkdir ki, Stiven Hokinq kimi alim də keçmişə səyahət məsələsinə birmənalı yanaşır.

Eynşteynin tənliklərinə əsasən, əgər köstəbək dəliyinin mövcud olması üçün ekzotik enerjiyə (əks enerji sıxlıqlı) ehtiyac var və bu ekzotik enerji daimi olmayan halda səyyah A nöqtəsindən B nöqtəsinə bu tunel vasitəsilə keçə bilməyəcək. Çünki tunel vaxtından əvvəl bağlanacaq. Bu haqda Eynşteyn-Rozen körpüsündə (tənliklərində) izahatlar verilib. Lakin bu gün ekzotik enerjinin mövcudluğu həm nəzəri cəhətdən, həm də eksperimental olaraq Kazimir effekti və digər eksperimentlər sayəsində sübut olunub.

Qeyd: Düşünürəm ki, bu kimi “köstəbək dəlikləri”nin məkanı deformasiyaya uğradaraq (kənara itələyərək) zaman-məkanın iki nöqtəsi arasında əlaqə yaratması çox çətin və ağılasığmaz enerji tələb edir. Əgər insanlıq yüksək inkişaf etmiş bir sivilizasiya kimi bu enerjini əlda etmiş olsa belə, “köstəbək dəliyi”nin açılması planetlər səviyyəsində kataklizmlərə gətirib çıxara bilər.
Məsələn: Əgər nə vaxtsa insan 2 metr diametrində “köstəbək dəliyi” açmaq üçün məkanı deformasiyaya uğrada biləcəksə (halbuki bu, mənə qeyri-real görünür, çünki 2 metrlik dəliyin açılması üçün istifadə oluna biləcək enerji günəşin bütün həyat tsikli boyu buraxdığı enerjidən çox ola bilər), bu, ümumilikdə milyon kilometrlərlə uzanan məkanın deformasiyaya uğraması deməkdir və bu dəlik nə qədər dərin olsa, mövcud deformasiyanın sahəsi də çox olacaq. Əgər biz Plutonun yanında 2 metrlik köstəbək dəliyi aça biləcək enerjiyə sahib olarsaq, bizim Günəş sistemimizdə olan bütün planetlər, obyektlər deformasiyaya məruz qalar və belə olan halda mövcud xaosu daha da mürəkkəbləşdirər, daha da sürətlənməsinə səbəb olarıq. Adi bizim peykimiz sayılan Ayın Yer kürəsinə nə qədər təsir etdiyini, çəkilmə-qabarmanın yaranmasına səbəb olmasını hamımız bilirik.

Keçmişə səyahətin digər variantlardan birinin kosmik sapların sayəsində mümkün olacağı qəbul olunur. Həmçinin bu kosmik sapların sayəsində “Tipler slindiri”ni hazırlamaq olar. Lakin bu kosmik silindirin uzunluğu sonsuz və yüksək sıxlıqlı olmalıdır. Onu da qeyd edim ki, belə bir slindrlə spinin fırlanma istiqamətindən asılı olaraq, həm keçmişə, həm də gələcəyə düşmək olar. Belə bir slindrin hazırlanması üçün isə yüksək texnologiyalar lazımdır - hansı ki, insan üçün belə texnologiyalar çox uzaqdır və bəlkə də əlçatmaz arzudur. Bu kimi imkanların olması şəraitində də yuxarıdakı qlobal kataklizmlərə səbəb olacaq deformasiyalar həll olunmamış qalır. 
Riçard Gott-a görə kosmik “saplar” zaman-məkanda deformasiya yaradır və beləcə kəsə yolla biz mövcud zaman-məkan məsafəsini qət etmiş oluruq. Bu haqda heç bir informasiyaya malik olmadan 2-3 il əvvəl mən də özüm üçün bunu kəşf etmişdim. Hətta fizik dostum Nağı Qasımova zamanla səyahətin qısa yolunu kəşf etdiyimi desəm də, paxıllığımdan bu “sirri” ona da açıqlamamışdım. Sonradan bu fikrin yanlış olduğunu dərk edəndən sonra, kosmik saplar, məkanın deformasiyaya uğraması nəticəsində qısa yolla A nöqtəsindən B nöqtəsinə keçməkdən əl çəkdim. Sonradan öyrəndikcə, maraqlandıqca bildim ki, bu ideyanı Riçard Gott kimilər çoxdan kəşf edib. Riçard Gott`un danışıq tərzi, səsi xoşuma gəlsə də, onun baxış bucağının səhv olduğunu izah etmək istərdim. Əziz Riçard, sizin kosmik saplarınız ilə A nöqtəsindən B nöqtəsinə keçid zaman-məkandan kənar keçiddir və buna görə də “köstəbək dəlikləri”ndən heç nə ilə fərqlənmir. Sadəcə, “köstəbək dəlikləri”ndə məkan kənara itələnir, kosmik “saplar”da isə bir-birinə cəlb olunur. Hər iki halda keçid məkan-zaman üzrə olmadığı üçün bu keçid “köstəbək dəliyi” tiplidir. 
Bu kimi hallar keçmişə səyahəti mümkünsüz gösərsə belə, hipotez olaraq, kağız üzərində bunun həlli var və bugün fiziklər real olaraq yox, fikri olaraq keçmişə sayahət edən zaman qarşılaşacağımız problemlərin həllinə çalışırlar.

Əlavə1: 2005-ci ildə Massaçuset Texnoloji Universitetində (MİT) gələcəkdən gələnləri qarşılamaq üçün zamanla səyahət edənlər üçün konfrans keçirilir. Onlar bir eksperiment kimi gələcəkdən gələ biləcək insanları konfransa cəlb etməyə, konfransda gələcəkdən gələn birisinin iştirakına, hətta onun zaman maşını kimi texnologiya haqqında informasiyanı paylaşacağına da ümid edirdilər. Konfransda 300-dən çox iştirakçı olsa da (bunların içində məhşur alimlər, o cümlədən nəzəri fizik, kosmoloq Alan Guth da də iştirak edib), heç kim özünü gələcəkdən gələn biri kimi təqdim etməyib. 

Tədbirə yığışanlar hər zamankı kimi gələcəkdən adamın gəlməməsini fizikada olan bir neçə problemlə izah etməyə çalışıblar. Fizika üzrə professor Alexandr Vilenkin, nəzəri kosmologiya və qravitasiya üzrə professor Jaume Garriga bunun səbəbini paralel dünyalarda görürlər. Onların fikrinə görə, keçmişə səyahət edən səyyahın bu kimi konfransa gələ bilməməsinə səbəb paralel dünyaya düşməsidir. 
Dr. Marc Rayman kimi alimlər isə problemi gəlcəkdə zaman maşının hələ kəşf olunmamasında görürlər. Yuxarıda dediyim kimi, zaman maşını ilə keçmişə ancaq zaman maşını kəşf olunan ana kimi qayıtmağın mümkün olduğu iddia edilir. Bu alternativlər bir növ alimlər üçün paradoksdan çıxış yolu kimi qəbul olunur.

Alexander Vilenkin və Jaume Garriganın bu fikrinə cavab olaraq bildirmək istəyirəm: əgər paralel dünyalar mövcud olsaydı, deməli, gələcəkdən keçmişə qayıdan biri üçün bizim dünyamız paralel dünyalardan biri qəbul olunmalıdır. Və gələcəkdən keçmişə bu kimi səyahət mövcud olsaydı, həmin səyyahın bizim dünyaya düşmə ehtimalı var və belə olan halda keçmişə sayahət edən səyyah (bu ehtimal gerçəkləşərsə) yenə də gəlib konfransda iştirak edə bilərdi (əgər istəsə). Yəni paralel dünyaların mövcud olması buna bir maneə törətməməlidir. 
Gəlin, indi də zamanla səyahət zamanı ortaya çıxan paradokslara diqqət yetirək.


Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR

Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
Yay fəslində hər kəsin fikri səyahət etmək, fərqli yerləri görmək arzusudur. Bu dünyada səyahətə xərclənən pul başqa heç bir istirahət növləri ilə müqayisə edilə bilməz. Ancaq səyahəti də kortəbii deyil, ağılla etmək lazımdır ki, ondan zövq alasınız və bütün ömür boyu təəssüratlar beyninizdə qalsın.

Milli.Az-ın Rusiya mətbuatına istinadən təqdim etdiyi bu məqalə səyahətə getmək arzusunda olanlar üçün çox faydalı olacaq.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
1. Yadda saxlayın ki, gəldiyiniz ölkə kiminsə evidir

Bunu tez bir zamanda dərk etmək lazımdır. "Disney Land"ə da, Antalyaya da, Romaya da gedə bilərsiniz. Orada daima yaşayan insanlar görəcəksiniz. Ancaq əyləncə parkı ilə xarici ölkənin fərqini də anlamaq lazımdır. Fərq isə az deyil. Xarici vətəndaşlar tamam fərqli insanlar, fərqli sivilizasiya və adət-ənənə deməkdir. Əyləncə attraksionunu isə Bakının özündə də tapmaq olar.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
2. Səyahətdən əvvəl gedəcəyiniz ölkə haqda öyrənməyə çalışın

Ölkənin bütün tarixini və şəhərlərini əzbərləməyə ehtiyac yoxdur. Ancaq Getdiyiniz ölkə haqqında nəsə bilmək hər zaman xoşdur. Yerli insanların məşğuliyyəti nədir? Mədəniyyətləri nədir? Restoranda çaypulu xoş qarşılanır, yoxsa sizə xidmət edən işçinin xətrinə dəyə bilər?
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
3. Yerli mədəniyyətə sayğı göstərin

Ölkə haqqında nə qədər oxusanız da, gördüyünüz şeylər sizi təəccübləndirəcək. Misal üçün, isti səhrada mini ətəkdə və ya şortikdə gəzmək, yeməyi sol əllə yemək ədəbsizlik sayıla bilər. Yadda saxlayın ki, həmin ölkədə qonaqsınız.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
4. Kiminsə fotosunu çəkməzdən əvvəl icazə alın

Bu, çox vacibdir. Həm də ona sayğı ilə yanaşdığınızın əyani göstəricisidir. Bəzi ölkələrdə hesab edirlər ki, insan foto çəkdirəndə ruhunun bir hissəsini itirir. Başqa ölkələrdə isə insanlar fotolarının çəkilməsi müqabilində çaypulu gözləyə bilərlər sizdən.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
5. Ən çox istifadə edilən sözlərin bəzilərini öyrənin.

Birincisi ona görə ki, kiməsə fikrini izah edə bilməməkdən çətin situasiya yoxdur. İkincisi isə, həmin ölkənin vətəndaşı turistin bu dilə sayğı ilə yanaşmasını yüksək qiymətləndirəcəklər. Hətta "salam", "sağol", "Təşəkkür edirəm" kimi sözlər də göstərəcək ki, siz xarici mədəniyyətə dəyər verməyi bacaran birisiniz.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
6. İnsanlarla görüşün.

Xaricdə tapa biləcəyiniz ən yaxşı şey dostdur. Həmin adamı siz uzun müddət xatırlayacaqsınız, nəinki hansısa suveniri. Bundan əlavə, həmin insan ölkənin mədəniyyəti haqqında sizə daha çox məlumat verə bilər.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
7. Yerli məhsullar alın

Xarici ölkədə pafoslu və qlamur suvenirlər almağa çalışmayın. Ən yaxşısı yerli adamların əl işləridir. Birincisi ona görə ki, bu unikal əl işi olacaq. Əl işi hər zaman konveyerdən çıxan oxşar məhsullardan dəyərlidir. Həm də yadda saxlayın ki, kəndlər və balaca şəhərlərdə sizin xərcləyəcəyiniz pula daha çox ehiyac var, nəinki suvenir köşklərində.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
8. Xaricilərin evlərinə gedin

Xarici ölkədə kiminsə evinə getməkdən gözəl təəssürat heç vaxt yaşaya bilməzsiniz. Çünki dəbdəbəli otel burada da var. İstədiyiniz zaman pul xərcləyib orada qala bilərsiniz. Ancaq br romalının və ya parislinin evində qonaq olmaq sizdə daha yaddaqalan təəssüratlar yaradacaq. Orada dost qazanmaq, yerli insaların həyat tərzi, mətbəxləri haqqında məlumat əldə etmək üçün bundan gözəl şans yoxdur.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
9. Yerli mətbəxin dadına baxın

Yəqin ki, xarici ölkədə də ənənəvi fast-fud qidaları yemək barədə düşünmürsünüz. Yerli restoranlardan və ya küçədə yeməklər satan insalardan qorxmaq lazım deyil. Yerli adamlar o cür qidalanırlar. Nələri sizdən pisdir ki?
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
10. Nəfəs alın

Turistlə səyahətçi arasında əsas fərq də elə budur. Turist hər şeyi görmək üçün tələsir. Nəticədə hər şey yarımçıq qalır. Heç nədən tam zövq ala bilmir. Səyyah isə gördüyü bir abidəni tam dolaşır. Oranın tarixini yaşayır. Həmin tarixi qəsrdə nəfəs alaraq, orada baş verən hadisələrin ruhunu duyur.
Turist hər zaman tələsir ki, birdən avtobusa çatmaz. Əgər avtobusa çatmadınızsa, itəcəyinizdən qorxmayın. Dayanın və dərindən nəfəs alın! Bu, yeni bir unudulmaz macəranın başlanğıcıdır.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
11. Spontan olun

Ekskursiya proqramı çərçivəsində hərəkət etməkdənsə, sizə həmin an nə lazım olduğuna qərar verin. Qərarları dəyişməkdən qorxmayın. İstədiyiniz işi sərbəst görməkdən zövq alın.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
12. Azmısınız... Bu ki əladır!

Doğrudan da, səyahətdə azmaq əladır. Həyəcanlanmağa tələsməyin. Dərindən nəfəs alın. Sonra isə olduğunuz yerə xəritədən yox, öz gözlərinizlə baxmağa çalışın. Küçələri gəzin, yolu soruşun və şəhəri araşdırmağa çalışın.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
13. Qrupları unudun, sərbəst olun.

Əlbəttə ki, turistlər qrupu ilə birlikdə olmaq rahatdır. Ancaq olduğunuz yeri tək başına öyrəndikdən sonra ora yenidən daha az məbləğlə qayıda bilərsiniz.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
14. Hazır cığırlarla getməyin.

Söhbət tək ekskursiya qruplarının çəkdiyi cığırlardan getmir. Sizin öz şəhərinizdə də elə yerlər var ki, çox adam oranı tanımır. Elə yerlər qonaq getdiyiniz şəhərdə də var. O yerləri tapmağa çalışın.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
15. Pulsuz getdiyiniz hər yer gözəldir.

Küçələri gəzin, dağlara çıxın, okeana baş vurun, parkları ziyarət edin, insalara nəzər salın, yeni təəssüratlar əldə etməyə çalışın. Bu cür gəzintini turizm şirkətindən alsanız, ucuz başa gəlməyəcək. Bundansa həmin ölkənin sizə pulsuz təklif etdiyi imkanlardan yararlanmağa çalışın.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
16. İctimai nəqliyyatdan istifadə edin.

Bütün yerli insanlar ictimai nəqliyyatdan istifadə edirlər. Deməli, bu nəqliyyat növü daha ucuzdur. Həm də çoxlu maraqlı insanlarla rastlaşacaqsınız.
Səyahətə getmək istəyənlər mütləq oxusun! - FOTOLAR
17. Səyahət edin

Fərqi yoxdur ki, siz təcrübəli səyyahsınız, yoxsa sadə turist və ya əsl "Magellan". Əsas odur ki, səyahət edəsiniz. Möcüzələrlə dolu, çox heyrətamiz bir planetdə yaşayırıq. Onların hamısını görmək üçün bir ömür yetməz, heç olmasa, görə biləcəyiniz qədər baxın.

Dünya siyasəti və beynəlxalq münasibətlər


SərlövhəDünya siyasəti və beynəlxalq münasibətlər
MüəllifBabaoğlu Hikmət
NəşriyyatÇinar-Çap
Nəşr yeriBakı
Nəşr ili2010
ISBN
Səhifə568
KateqoriyaSiyasət. Siyasi elmlər
QR code

Mübariz İbrahimovun doğum günüdür

Bu gün Mübariz İbrahimovun doğum günüdür - FOTOLAR

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, vətəni uğrunda göstərdiyi şücaət və qəhrəmanlıqlara görə, ölkəsində unudulmaz şəxsə çevrilən azərbaycanlı gizir Mübariz İbrahimovun doğum günüdür.
Publika.az Milli Qəhrəmanımızın ruhunu hörmətlə yad edir.
Şəhid İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub və 2005-ci ildə orta təhsilini başa vurub. Eyni ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirən qəhrəmanımız 2007-ci ildə hərbi xidmətini çavuş rütbəsi ilə başa vurub.
Hərbi xidmətdən qayıtdıqdan sonra qısa müddət mülki işlərdə çalışan Mübariz İbrahimov 2009-cu ildə yenidən hərbi xidmətdə çalışmağa başlayır. Bir müddət sonra isə o, könüllü şəkildə gizir rütbəsi ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə xidmət etməyə gedir. Bu cəbhələrdə olan döyüşlərin birində qəhrəmancasına həlak olaraq şəhid zirvəsinə ucalır.
Milli Qəhrəman, gizir Mübariz İbrahimov 2010-cu il iyun ayının 19-da gecə saat 11-12 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək vuruşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxaran Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan hərbiçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Mübariz İbrahimovun meyiti həmin il noyabrın 6-da qarşı tərəfdən alınıb.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirib.
Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu: "Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".
Doğum Günün Mübarək Şəhidim !

Əzizə Cəfərzadə - Bəla (e-kitab)

Ezize Ceferzade - Bəla

“Bəla” – roman Səfəvilər dövlətinin tarixinin bir mərhələsindən – Məhəmməd Xudabəndənin hakimiyyətə gətirilməsi və bu dövrdə baş verən hadisələrdən bəhs edir. Əsərdə I Təhmasibin böyük oğlu olan Xudabəndənin xarakteri, Allah adamı olması, döyüş və qan sevməməsi təsvir edilir. Şah o olsa da, hakimiyyəti əslində, xanımı – kişilər qədər cəsur Xeyrənisa bəyim idarə edir. Oxucular romanı oxuyarkən ölkədə davam edən sünni-şiə mübarizəsindən, bunun uğruna tökülən qanlardan, hətta böyük bir sevginin belə buna və siyasətə qurban verilməsindən xəbərdar olacaqlar. 
Nəşriyyatın “Xatirə ədəbiyyatı” silsiləsindən isə fevral ayında silsilənin sayca 17-ci kitabı işıq üzü görüb. “Xatirələrim” adlı bu kitabda görkəmli teatr xadimi, Azərbaycanın ilk xalq artisti Hacağa Abasov böyük ömrünün ən qaynar çağlarından danışır. 1906-34-cü illərdən bəhs edən bu xatirələr Azərbaycan incəsənətinin həmin dövrü ilə yaxından tanış olmaq istəyən hər bir oxucu üçün qiymətli məlumat mənbəyidir.

Markesin ölümqabağı məktubu


Məşhur Kolumbiya yazıçısı, «Nobel» mükafatı laureatı Qabriel Qarsia Markes, xərçəng xəstəliyinə tutulduqdan sonra dostlarına məktub yazdı. Əslində bu, əcəlin yaxınlaşdığını hiss edən Markesin bütün dünyaya çağırışı idi. Hәmin mәktub:
"Əgər Allah mənə bir az da ömür bəxş etsəydi, hər düşündüyümü söyləməz, ancaq hər söylədiyimi mütləq düşünərdim. Hər şeyə dəyər verərdim. Verdiyim dəyərə dəydikləri üçün deyil, ifadə edildiyi üçün...
Az yatardım, daha çox yuxu görərdim. Çünki bilirəm ki, gözlərimizi yumduğumuz hər dəqiqədə işıqdan 60 saniyə məhrum qalırıq. Başqaları dayananda mən yeriyərdim, başqaları yatanda mən oyanardım. Danışan hər kəsi dinləyərdim... Gözəl bir şokoladlı dondurmanı ləzzətlə yeyərdim. Əgər Allah mənə bir qədər də ömür bəxş etsəydi, sadə geyinərdim.
Allahım, əgər bir qəlbim olsaydı, bütün nifrətimi bir buzun üzərinə yazıb, günəşin çıxmasını gözləyərdim. Allahım, bir parça ömrüm olsaydı, bir dəqiqəmi belə insanları sevdiyimi onlara söyləmədən keçirməzdim, eşqə aşiq olaraq yaşayardım. İnsanlara aşiq olmaqdan əl çəkdikləri üçün qocaldıqlarını, yaşlandıqdan sonra aşiq olmaqdan çəkindikləri üçün yanıldıqlarını sübut edərdim. Bir uşağa qanad verərdim, ancaq uçmağı öyrənməyi öz ixtiyarına buraxardım. Qocalara ölümün yaşla deyil, unutqanlıqla gəldiyini söyləyərdim.
Ey insanlar, sizdən o qədər şey öyrəndim ki?! Heç kəs əsl xoşbəxtliyini sıldırım qayaları dırmaşarkən yaşadığını anlamır, hər kəs dağın zirvəsində yaşamaq istəyir. Uşaq ilk dəfə ayaqlarını yerə basanda atasının əllərinin ona hər zaman dəstək olacağını anlamağa başlayır.
Sizdən o qədər şey öyrəndim ki, ancaq təəssüflər olsun ki, mən öyrəndiklərimi çamadanda saxlayanda, özüm ölmüş olacağam.
Həmişə hiss etdiklərini söylə, düşündüklərini et. Əgər səni bu gün son dəfə yatmış vəziyyətdə görsəydim, səni bərk-bərk qucaqlayardım və Allaha sənin üçün dua edərdim. Əgər sənin son dəfə bu qapıdan çıxdığını görsəydim, sənə sarılardım, səni əzizləyərdim. Əgər son dəfə sənin səsini eşitsəydim, sonradan dəfələrlə eşitmək üçün səsini qeyd edərdim. Əgər səni son dəfə gördüyümü bilsəydim, laqeyd-laqeyd üzünə baxmaz, sənə «SƏNİ SEVİRƏM» deyərdim.
Hər zaman üçün bir sabah var və həyat bizə daha gözəl işlər görmək üçün fürsət verir. Əgər bugünkü fürsət əlimdəki son fürsətdirsə, sənə səni nə qədər sevdiyimi və səni heç vaxt unutmayacağımı söyləmək istərdim. Nə gənc üçün, nə də qoca üçün sabah olacağına təminat yoxdur. Bu gün sevdiklərini son dəfə görə bilərsən. Ona görə də çox gözləmə, işini bu gün gör.
Əgər sabah bir daha gəlməsə, bir gülümsəmə, bir qucaqlaşma, bir öpüş üçün vaxt ayıra bilmədiyin və sevdiklərinin istəklərini yerinə yetirmədiyin üçün çox peşman olarsan. Sevdiklərinə yaxın ol. Onlara olan ehtiyacını etiraf et. Onlar üçün zaman ayır. Dostlarına onların sənin üçün nə qədər əhəmiyyətli olduqlarını göstər.

Tuesday, February 6, 2018

12 metodla beynin inkişaf etdirməsi


İnsanlar gün ərzində müxtəlif tapşırıqları həyata keçirir və bu tapşırıqları yerinə yetirərkən həm əqli cəhətdən, həm də fiziki cəhətdən çox yorulurlar. Burada yaranan əsas sual isə odur ki, “İnsan necə edə bilər ki, işləri effektiv və səmərəli şəkildə yerinə yetirə bilsin?”. Düşünürük ki, bunun üçün əsas olan beynin inkişaf etdirilməsi və bununla da səmərəliliyə nail olmaqdır. Bu məqsədlə, beynin inkişaf etdirilməsi üçün bəzi metodları sizinlə paylaşırıq:


* Beyin üçün gündəlik idmanlar: Sual verə bilərsiniz ki, “Bunun beynimizə nə kimi xeyri var? “. Belə ki, bu, sizin diqqətinizi və analitik düşünmə qabiliyyətinizi artıracaq. Növbəti sualınız isə “Beyin idmanları hansılardır?” ola bilər. Beyin idmanları aşağıdakılardır:
1. Hər biriniz dişlərinizi təmizləyərkən sağ əlinizdən istifadə edirsiniz. Lakin bu prosesi sol əlinizlə edin;
2. Bu metodu rəsm çəkəndə də istifadə edə bilərsiniz. Belə ki, rəsm çəkərkən passiv olan əlinizdən istifadə edin;
3. Bir çox insan xarici filmləri xarici dildə deyil də, öz dilinə tərcümə edilmiş şəkildə izləməyi üstün tutur. Xarici filmləri altyazıları ilə izləyin.
4. Müvazinətinizi qorumağı öyrənin;
5. Hər hansı bir yerə gedərkən həmişə eyni yoldan getməyin. Mənzil başına çatmaq üçün müxtəlif yollardan istifadə edin.

* Mozart effekti: “Bunun beynimizə nə kimi xeyri var?”. Əminəm ki, hər biriniz belə düşünürsünüz. Gəlin bu metodun necə işlədiyinə nəzər yetirək. Belə ki, musiqiyə qulaq asmaq beynin məhsuldarlığını 15% artırır və bunun üçün iş günündən 20-30 dəqiqə öncə Mozartın musiqilərinə qulaq asın. Bu sizi rahatladır və bədəninizin bioritmlərini tənzimləyir.

* Yaddaşı inkişaf etdirmək üçün olan oyunlar: Bunun üçün ən yaxşı oyun nərddir. İnsan nərd oynayarkən orada olan məlumatları yadda saxlamağa məcbur olur ki, bu da birbaşa yaddaşın inkişafına şərait yaradır. Lakin burada nərdi hamımızın bildiyi qaydada dostlarınızla oynamaqdan əlavə, aşağıdakı formada oynamaq nəzərdə tutulur:
İlk olaraq, 3-4 zər götürün (hansı ki, nərd oynayarkən iki ədəd istifadə edirsiniz) və onları masanın üzərinə atın, sonra isə dərhal əlinizlə onları görünməməsi üçün örtün. Daha sonra 1 saniyəlik əlinizi çəkin və zərlərə baxın. Əlinizlə zərləri örtdükdən sonra həmin rəqəmləri gözünüzün önündə canlandırın. Zaman keçdikcə zərlərin sayını artırın.

* İntelektual oyunlar: İntelektual oyunlar adından da göründüyü kimi insanın məntiqinin və strateji düşünməsinin inkişafına şərait yaradır. Bura şahmat, domino və s. aid ola bilər. Belə ki, bu oyunları oynayarkən beyin 10% daha sürətli düşünəcək. “Bəs bu oyunları necə və neçə müddət oynayaq?” – yəqin ki, məqaləni oxuyarkən sizdə yaranan növbəti sual budur. Oyunları həftədə 2-3 dəfə oynayın və oyunların çətinlik səviyyəsini gün keçdikcə daha da artırın.

* Yuxu: Gəldik əsas məsələyə. İnsan beyninin normal işləməsi üçün 7-8 saat yuxuya ehtiyacı vardır. Bu zaman otağın qaranlıq və ya işıqlı olması da çox mühüm rol oynayır. Belə ki, qaranlıq otaqda yatmaq yatarkən bədəni tənzimləyən melatoninin yaranmasına şərait yaradır. Yatarkən otağın işıqlı olması isə cortisol adlı stress hormonu meydana gətirir ki, bu hormon yuxunun keyfiyyətini azaltmaqla bərabər iştahın azalmasına və depressiyaya düşməyə şərait yaradır. Siz qaranlıq otaqda yatarkən beyniniz 30% daha sürətli işləyəcək.

* Qidalar: Beynin inkişafı üçün yuxarıda sadaladığımız idman və oyunlardan başqa müəyyən qidalar da vardır. Bu qidalara balıq, acı şokolad, pendir, zeytun yağı, turp, soya, sarımsaq, incir, ispanaq, banan, alma soku və bildirçin yumurtası aiddir.

* Vitamin kokteyli: C, D və B kompleksi olan vitaminlər beyni 10% inkişaf etdirir. Gəlin bu vitaminlərin hansı qidalarda olduğunu qısa xatırlayaq: Vitamin C meyvələrdə, Vitamin B qoz, fındıq və paxlılarda,  Vitamin D xamada, toyuq yumurtasında və qaraciyərdə vardır.


* Sağlamlığınızı kontrol altında saxlayın: Əgər beyninizdə şəkər və xorestrol səviyəyəsi normaldırsa, beyniniz normal olaraq inkişaf edəcək. Bunun üçün isə mütəmadi olaraq həkiminizlə əlaqə saxlayın və müayinə olun.

* Oxumaq: Ən mühüm məsələlərdən biri kitab oxumaqdır. Kitab oxumaq analitik düşüncəni, söz bazasını 15% artırır. “Hansı kitabları oxumaq lazımdır?” deyə düşünürsünüzsə, məqaləni sona qədər oxuyun.
1. Dünya ədəbiyyatı;
2. İşlərinizlə əlaqədar olan kitablar;
3. Digər uşaq kitabları (övladlarınız üçün).

* Fiziki idmanlar: Gündəlik idman etmək bədəndə qan dövranını tənzimləyir və beyni oksigenlə daha rahat təmin edir. Bunun üçün hər 2-3 gündə bir 20 dəqiqə idman etmək kifayətdir.

* Yeni dostluqlar: Yeni dostluqların qurulması sizə adi və xeyirsiz gələ bilər. Lakin bu zaman beynimiz yeni məlumatlar və biliklər əldə edərək öz məhsuldarlığını 10% artırır. Lakin burada başqa məqamlara da diqqət yetirmək lazımdır.
1. Negativ insanlarla ünsiyyətdən uzaq olun;
2. Hər gün ayrı-ayrı insanlarla ünsiyyət qurun;
3. Ünsiyyət qurarkən qarşı tərəfi düzgün seçin;
4. Müxtəlif mövzular haqqında danışın.


* Günəş: Bəziləriniz günəşi sevməsiniz də beyniniz günəşi çox sevir. Beləki, günəş qan dövranını tənzimləyir və Vitamin D-in əsas mənbələrindəndir. Lakin bunun üçün günün hissələrinin seçimi önəmlidir.

Mənbə və Tərcümə: Qədim Qala 

Beynimiz üçün təhlükə yaradan 13 vərdiş


Bəlkə də, bu vərdişlərin bəziləri artıq sizə tanışdır. Bəzilərini isə ilk dəfə eşitmiş olacaqsınız. Ümid edirik ki, beyniniz üçün zərərli olan bu səbəbləri aradan qaldırmağın ən gözəl yolunu tapacaqsınız.

* İnsanlardan uzaq qalmaq
Miçiqan Universitetinin araştırmalarına görə, gündə 10 dəqiqə insanlarla söhbət etmək sizin zehni bacarığınızın inkişafı üçün önəmlidir. Təbii ki, bu o demək deyil ki, siz çölə çıxdığınız zaman ilk gördüyünüz insanla söhbət etməlisiniz- öz dostunuzla və qohumunuzla əlaqə qurmaq beyin fəaliyyətinizi stimullaşdıracaq.

* Həddindən artıq şəkər qəbul etmək
Tədqiqatlara görə, çox miqdarda şəkər qəbul etmək beynin neyron yaradan hissəsinə mənfi təsir edir. Qeyd edək ki, bu hissə insanın uzun müddətli yaddaş və öyrənmə qabiliyyətini tənzimləyir.

* Beyinin inkişafı üçün çalışmamaq
Alimlərin tətqiqatlarına görə, beynin ən məhsuldar olduğu dövr 16-25 yaş arasıdır. Bu müddətdə məhsuldarlıq daha da artır və yaş irəlilədikcə aşağı düşür. Buna baxmayaraq, mütəmadi beyin idmanları etmək (mütaliə, tapmacalar etmək) möcüzəvi bir şəkildə beyin gücünü artır.

* Səhər yeməyi yeməmək
Səhər yeməyini müntəzəm şəkildə yeyən uşaqlar məktəbdə daha bacarıqlı və fəal iştirak edirlər, xüsusilə də, elmi işlərdə. Səhər yeməyini yeməmək qanın qlükoza səviyyəsini salır, bu da öz növbəsində beyin funksiyalarına təsir edir.

* Fast food yemək
Həddindən artıq fast food yemək beyin hüceyrələri arasındakı əlaqənin zəifləməsinə səbəb olur. Bundan başqa mütəmadi olaraq fast food ilə qidalanmaq depresiyaya səbəb ola bilir.

* Dondurma yemək
Dondurma da daxil olmaqla, bəzi soyuq qidalar ani baş ağrısına səbəb olur. Belə düşünülür ki, soyuq qidalar qan damarlarının nazikləşməsi üçün zəmin yaradır. Bədən isə hipotermianın qarşısını almaq üçün, beyinə ilıq qan göndərir. Bu da öz növbəsində qan damarlarına çatdırılır ki, baş ağrıları meydana gəlir.

* Mobil telefonlar
Siçanlar üzərində aparılmış tədqiqatlar mobil telefonlardan istifadənin beyin xərçəngi yaratdığı nəticəsinə gəlmişlər. Ancaq, bu o demək deyil ki, telefonları atmalısınız. Həkimlər məsləhət görür ki, telefonla danışmaq üçün qulaqcıqlardan istifadə edin. Həmçinin telefonunuzu axşam yatarkən yastığınıza yaxın yerə qoymayın.

* Yorğanı başımıza qədər çəkmək
Yatdığımız zaman başımızı yorğanla örtmək, bədənimizə gedəcək oksigeni azaldır. Çünki yorğanın altına əlavə hava daxil olmadığı üçün karbon dioksidlə zəngin olan eyni havanı uduruq. Bu da beynimizin oksigensiz qalmasına səbəb olur.

* Sudan az istifadə edilməsi
Bildiyiniz kimi insan bədənini 70-80%-i su təşkil edir. Su lazımlı maddələrin beyinə çatdırılmasını da təmin edir. Belə ki, su əskikliyi olmadıqda beyin daha effektiv işləyir.

* Spirtli içkilər içmək
Tədqiqatlara görə, spirtli içkilər beyin hüceyrələri arasındakı əlaqəni sürətli bir şəkildə məhv edir. Xoşbəxtlikdən, spirtli içkini tərgidən insanlarda beyin yenidən normal fəaliyyətinə davam edə bilir.

* Siqaret çəkmək
Aparılan araşdırmalara görə, siqaret çəkmək xərçəng xəstəliyinin yaranmasına şərait yaradır. Belə bir zərər beynin əqli qabiliyyətlərinə də təsir edir. Çünki beynin bu hissəsi düşünmə funksiyasını yerinə yetirir.

* Hərəkətsizlik
Beynin inkişafı üçün sistemli şəkildə hərəkətə ehtiyacı vardır. Tətqiqatlara əsasən, fiziki hərəkət beyinə faydalıdır. Belə ki, o uzun müdətli yaddaşı gücləndirir.

* Davamlı və ciddi pəhrizlər
Bilirdinizmi ki, çəkinizi azaltmaq üçün etdiyiniz bu pəhrizlər beyninizə ciddi şəkildə ziyan verir. Belə ki, insanın özünü zorla ac saxlamağı ciddi fəsadlar törədir. Buna görə doğru qidalanmaq beyin üçün çox faydalıdır.

Rənglərin psixologiyası haqqında


Rənglərin simvolikası çox qədim tarixə malikdir. Ta qədim zamanlardan insanlar “rənglərin dilini” oxumağa xüsusi əhəmiyyət verirdilər. Bu isə miflərdə, xalq dastanlarında, nağıllarda, müxtəlif dini və mistik təlimlərdə öz əksini tapırdı. Astrologiyada spektrin 7 rəngini yaradan Günəş şüaları 7 əsas planetə uyğun gəlirdi: qırmızı – Marsın, göy – Veneranın, sarı – Merkurinin, yaşıl – Saturnun, purpur – Yupiterin, narıncı – Günəşin, bənövşəyi – Ayın rəngidir. Qədim dövrdə rənglər təkcə planetləri və onların təsirini deyil, həm də insanların sosial vəziyyətini, müxtəlif psixoloji vəziyyətlərini də simvolizə edirdi. Bu, müəyyən rəngdə olan geyimlərin seçilməsində, xalq deyimlərində, ayinlərdə və s. özünü göstərməyə başladı. Müxtəlif xalqlarda günümüzədək gəlib çatan rənglərin müəyyən simvolikası formalaşdı.

Ta qədimdən insanlar qırmızı rəngə xüsusi maraq göstərirdilər. Bir çox dillərdə eyni bir söz həm qırmızı rəng, həm də gözəl mənasını verir. Ümumiyyətlə, gözəl olan hər şeyə qırmızı demək adəti formalaşıb. Məsələn, polineziyalılarda “qırmızı” sözü “sevgili” sözünün sinonimidir. Çində isə səmimi bir insan haqqında “qırmızı ürək” ifadəsi işlənir; əksinə, hiyləgər insanın qəlbi isə qara hesab edilir.

Qırmızı rəng, hər şeydən əvvəl, qan və odla assosiasiya olunur. Onun simvolik mənaları o qədər çoxdur ki, bəzən bu mənalar bir-birinə zidd olur. Qırmızı sevinc, gözəllik, sevgi və həyat eşqinin simvolizə edir, digər tərəfdən isə ədavət, qisas, müharibə bildirir. Qırmızı rəng ta qədimdən aqressivlik və seksual istəklərlə əlaqələndirilir. Qırmızı rəng əsas savaş rəngidir. Bayraqda qırmızı rəng qiyam, inqilab, savaş, mübarizəni simvolizə edir. Məsələn, Afrika, Amerika və Avstraliyanın bir çox qəbilələri döyüşə hazırlaşarkən bədənlərini və üzlərini qırmızı rənglə boyayardılar. Karfagenlilər və spartalılar müharibə vaxtı qırmızı geyim geyinərdilər. Qədim Çində isə üsyançılar özlərini “qırmızı döyüşçülər”, “qırmızı ləpirlilər”, “qırmızı qaşlılar” adlandırırdılar.

Qırmızı rəng həm də hakimiyyət, möhtəşəmlik bildirir. Bizans imperiyasında yalnız imperator və ya imperatriçənin qırmızı çəkmə geyinmək hüququ var idi. İmperator purpur (qırmızı-bənövşəyi) rəngli mürəkkəblə imza atardı, purpur rəngli taxtda əyləşərdi. Əksər xalqlarda qırmızı rəng od-alov, məşəl və istilik rəmzi idi.

Ağ rəng təmizliyi, məsumluğu, xeyiri, sevinci simvolizə edir. Bu rəng gün işığı ilə, eləcə də süd və yumurtada təcəssüm olunan törədici qüvvə ilə assosiasiya olunur. Aşkar, məlum, qanuni, həqiqi olan hər şey haqqında təsəvvürlər ağlıqla əlaqələndirilir.

Qədim Romada Vesta bakirələri ağ don geyinər və ağ örpək örtərdilər. Antik dövrdə ağ rəng həm də dünyəvi olan hər şeydən imtina etmək, mənəvi rahatlığa can atmaq mənasına da malik idi. Xristian ənənələrinə görə, ağ rəng ilahi işıqla birlik, bərabərlik, qohumluq bildirir. Mələklər və müqəddəslər ağ rənglə təsvir edilir. Bəzi xalqlarda isə ağ rəngli geyimi yalnız hökmdarlar və kahinlər geyinərdilər. Bu isə möhtəşəmlik və alilik simvolu idi.

Ağ rəng əks mənalara da malik ola bilər. Öz təbiətinə görə, ağ rəng bütün digər rəngləri “udmaq”, neytrallaşdırmaq qabiliyyətinə malikdir və boşluq, səssizlik, dolayısı ilə -ölümlə əlaqələndirilir. Slavyan xalqları ölənləri ağ kəfənə bürüyərdilər. Bəzi Afrika və Avstraliya qəbilələri yaxınlarının ölümündən sonra bədənlərini ağ boya ilə rəngləyirlər. Yəni, bu qəbilələrdə ağ rəng matəm rəngidir. Qədim zamanlarda slavyan xalqlarında da ağ rəng matəm rəmzi idi.

Qara rəng, bir qayda olaraq, bədbəxtlik, kədər, matəm və ölümü simvolizə edir. Məsələn, qədim Meksikada insanın qurban verilməsi ayini zamanı kahinlərin üzləri və əlləri qara rəngə boyanardı. Qara gözlər isə təhlükəli, pis niyyətli hesab edilirdi. Ölümün gəlişini təcəssüm etdirən bütün personajlar qara rənglə təsvir edilir.

Qara rəng cəzbedicilik rəmzi hesab edilir. Bəzi Afrika qəbilələrində dərisinin rəngi həddindən artıq qara olan qadınlar yaxşı həyat yoldaşı kimi deyil, yaxşı məşuqə kimi qəbul edilir və qiymətləndirilir. Qara rəng isə sirli, əsrarəngiz, ehtirasla arzu olunan bir şeyi simvolizə edir. Ərəblərdə isə “qara gözlər” ifadəsi sevgili, “qara ürək” ifadəsi isə sevgi mənasını verir. Beləliklə, qara həm pis, həm də yaxşı mənalara malik ola bilər.

Ölkəmizdə də qara rəng matəm rəmzi hesab edilir. Sosial sorğuların nəticələrinə görə, azərbaycanlılar daha çox qara rəngdə geyinməyə üstünlük verirlər. Ekspertlər bunu Azərbaycan xalqının müharibə dövründə əziyyət çəkməsilə, bu səbəbdən də tünd rənglərə daha çox üstünlük verməsi ilə izah edirlər.

Sarı rəng qızıl rəngidir, qədimdə isə qızılın rəngi isə Günəşin donmuş halının rəngi olaraq qəbul edilirdi. Bu, payızın, qurumuş otların, solan yarpaqların rəngidir. Sarı həm də xəstəlik, ölüm, o biri dünyanın rəngi olaraq qəbul edilir. Bir çox xalqlarda qadınlar sarı rəngdə geyimə üstünlük verərdilər. Çox vaxt sarı rəng zadəgan nəsil nümayəndələrinin fərqləndirici nişanı idi. Məsələn, monqol din xadimləri – lamalar qırmızı kəmərlə sarı geyim geyinirlər.

Bəzi Asiya xalqlarında isə sarı rəng matəm, kədər, qəm rəngi hesab edilir. Avropada sarı və ya sarı-qara rəngli bayraq karantin, sarı xaç isə vəba xəstəliyini bildirirdi. Slavyan xalqlarında sarı rəng qısqanclıq, xəyanət rəngi hesab edilir, Tibetdə isə qısqanclığı “sarı göz” adlandırırlar. “Sarı mətbuat” və “sarı ev” ifadələrini də misal gətirmək olar.

Göy rəng bir çox xalqlarda səma və sonsuzluq simvolizə edir. Bu rəng həm də mərhəmət, sədaqət, daimilik rəmzidir. “Mavi (açıq göy) qan” əsilzadəlikdən xəbər verir, ingilislər isə əsl protestantı “göy” adlandırırlar.

Bundan başqa, göy rəng qara rəngə yaxın olduğu üçün, onun simvolik mənalarına da malikdir. Qədim Misirdə və bəzi Cənubi Afrika xalqlarında göy rəng matəm rəngi hesab edilirdi. Fransızlar dəhşəti “göy qorxu” adlandırırlar. Slavyan xalqlarında isə göy kədər, qəm mənasını verirdi. Bu xalqların nağıl və dastanlarında qara və göy cinlərdən bəhs edilir.

Yaşıl ot və yarpağın rəngidir. Bir çox xalqlarda yaşıl rəng gəncliyi, ümidi, şən əhval-ruhiyəni, bəzəm isə tərcübəsizliyi simvolizə edir. Yaşıl rəng sakitləşdirici təsir bağışlayır, amma əks məna da verə bilər. Məsələn, bir çox dillərdə “hirsindən yaşıl olmaq” ifadəsi mövcuddur.

İranlılarda yaşıl rəng inkişaf, artım, təravət, tazəlik bildirir; bu rəng eyni zamanda bədbəxtlik, kədər, qəmlə assosiasiya olunur, buna görə də pis insan haqqında “yaşıl ayaqlı”, qəbiristanlıq haqqında isə “yaşıl ev” kimi ifadələr işlədirlər. Orta əsrlərdə Avropada təlxəklər yaşıl-sarı geyim geyinərdilər, Almaniyada müflis olanlar isə yaşıl papaq taxmalı idilər.

Rənglərin qədim simvolikası və onların müxtəlif mədəniyyətlərdə təfsiri rənglə insanın emosional vəziyyəti arasındakı qarşılıqlı əlaqə nəzəriyyələrində də öz təsdiqini tapır. M. Lyuşer, İ. Göte və digər psixoloqlar rənglərin insanın psixoloji vəziyyətlərinə uyğunluğunu tədqiq ediblər.

Bu gün rənglərin simvolikasından reklam biznesində geniş istifadə olunur. Psixoloqlar müəyyən ediblər ki, göy, qızılı, ağ, qara və qırmızı rənglərdən hər hansı məhsulu elit təbəqəyə layiq kimi göstərmək məqsədilə istifadə etmək olar, çünki bu rənglər ta qədim zamanlardan elit təbəqəni simvolizə edən “bahalı” rənglər hesab edilirlər. Həqiqətən də, bahalı məhsullarda göy və ya qara rəngin qızılı rənglə sintezindən geniş istifadə olunur. Qara rəng loqotipi (məsələn, qızılı rənglə yazılmış loqotipi) və ya məhsulun öz təsvirini daha effektiv şəkildə önə çıxarmağa imkan verir. Bunu alıcının diqqətini paketə deyil, məhsulun özünə yönəltmək, onun əhəmiyyətini vurğulamaq üçün edirlər. Bu yanaşmadan bahalı ətir və odekolonların istehsalı zamanı da geniş istifadə edilir.

Reklam biznesində qırmızı və sarı rəngin birləşməsi isə sevinc, dostluq, səmimilik ifadə edir. Təsadüfi deyil ki, “McDonald`s” restoranlar şəbəkəsi və “Lipton” çayları məhz bu iki rəngin birləşməsindən istifadə edir. Reklam biznesində yaşıl və mavi rənglər isə “yaz səhəri” rəngləri hesab edilir və onlardan məhsulun təzəliyini göstərmək üçün istifadə edirlər.

Alıcıda mənfi emosiyalar yaratdığı üçün bir-biri ilə istifadəsi qəti şəkildə qadağan olunan rənglər də var. Məsələn, bənövşəyi və narıncı rənglərin birlikdə istifadəsi alıcıda çarəsizlik, intihara meylilik oyada bilər. Qara fonda ağ rənglə yazılmış yazı da eyni təsirə malikdir.
Əziz dostlar! Məni "Twitter"də izləmək üçün:- zeynl7
Yeni xəbərlərdən İLK Sən xəbərdar ol!

Xoş gördük!

Bloqumuzu e-maillə izləyənlər HƏDİYYƏ qazanır!

Siz də bloqumuzun e-mailinə üzv olun, QAZANIN!

×